Türkiyədə son sutka ərzində koronavirusdan 76 nəfər ölüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O, qeyd edeikb ki, ölkədə 3013 yeni yoluxma faktı aşkarlanıb. Koronavirusdan ölənlərin sayı 501 nəfərə çatıb.
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı isə 23 934 nəfərdir.