Dözülməz qaşınma səbəbindən İstanbulda xəstəxanaya gedənlərin sayı artıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda ağcaqanad sancması ilə bağlı xəstəxanalara müraciət edənlərin sayında artım var. Cerrahpaşa Tibb Fakültəsinin müəllimi Dr. Zekai Kutlubay xəstəxanaya gələnlərdə şişlik və dözülməz qaşınma olduğunu bildirib.
Mütəxəssislər yayda yağışlı mövsümün ağcaqanadların artmasına səbəb olduğunu və bu vəziyyətdən daha çox allergiyadan əziyyət çəkən şəxslərin təsirləndiyini bildiriblər:
"Ağcaqanad dişləməsi və allergiya ilə müraciət edən xəstələrin sayında artım var. Son zamanlarda bəzi ağcaqanad növləri də dəyişməyə başlayıb. Ən çox "Aedes" dediyimiz ağcaqanad növü aqressivdir. Bu milçəklərin xüsusiyyəti dişlədikləri yerdə qabarcıq əmələ gəlməsidir. Ən çox qorxduğumuz "anafilaktik” reaksiyadır. Allergik şəxslər ağcaqanad tüpürcəklərinə rast gələrsə, bu, onlarda huşsuzluq yarada bilər”.
Ayşən