Türkiyədə çadır düşərgəsində yanğın - FOTO

Türkiyədə çadır düşərgəsində yanğın - FOTO
DÜNYA
11:55 06.07.2023
219
Türkiyədə zəlzələdən zərərçəkənlərin məskunlaşdığı 50 çadır tamamilə yanıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, 6 fevral zəlzələsindən sonra böyük ziyan görən Hatayda yeni fəlakət yaşanıb.

AFAD-a məxsus 87 çadırın yerləşdiyi düşərgədə dünən günorta saatlarında naməlum səbəbdən yanğın baş verib.
 
Küləyin təsiri ilə qısa müddətdə ətrafa yayılan yanğına müdaxilə edilib. Çadırlarda qalanlar təhlükəsiz zonaya çıxarılıblar. 87 çadırdan 50-si tamamilə yanıb. Vətəndaşlara məxsus əşyalar da yararsız hala düşüb. Böyük dağıntılara səbəb olan yanğında insan tələfatı olmayıb.

Hadisə ilə bağlı araşdırma başladıldığı bildirilib.

Şəbnəm

 

OXŞAR XƏBƏRLƏR