Türkiyədə COVID-19-dan ölənlərin sayı 2 mini keçdi

Türkiyədə COVID-19-dan ölənlərin sayı 2 mini keçdi
DÜNYA
22:49 19.04.2020
1250
"Türkiyədə daha 127 nəfər pandemiyanın qurbanı olub”.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 017 nəfərə çatıb.

"Bu gün 35 344 test aparılıb, 3 977 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 86 306 nəfərdir. Bu gün daha 1 523 pasiyent sağaldı, sağalanların ümumi sayı 11 976 nəfərdir”, - nazir qeyd edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR