Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 168 nəfər dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter” səhifəsində məlumat paylaşıb.
Məlumata əsasən, Türkiyədə son sutkada 355 753 nəfər test edilib, onların 18 771-nin nəticəsi pozitiv çıxıb.
Son 24 saatda COVID-19-dan 21 605 nəfər sağalıb.