Türkiyədə COVID-19 xəstələrinin sayı 221,5 minə çatdı

Türkiyədə COVID-19 xəstələrinin sayı 221,5 minə çatdı
DÜNYA
22:13 21.07.2020
1088
Bu gün Türkiyədə koronavirusa 928 yoluxma qeydə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahretiin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 221 500 nəfərə çatıb.

Bu gün Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 5 526 nəfərə yüksəlib.

Eyni zamanda son sutka ərzində 1 009 pasiyent koronavirusdan sağalıb. Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 204 011 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR