Türkiyədə daha 156 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 156 koronavirus xəstəsi vəfat edib
DÜNYA
01:30 07.01.2022
260
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 156 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 418 min 823 nəfərin test edildiyi, 68 min 413 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 min 502 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
OXŞAR XƏBƏRLƏR