Türkiyədə daha 222 koronavirus xəstəsi vəfat edib

DÜNYA
02:19 26.11.2021
222
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 222 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 363 043 nəfər test edilib, onların 24 467-nin koronavirus testi pozitiv nəticə verib, 24 467 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 844 933 peyvənd tətbiq edilib ki, bunun 90,45 faizi birinci, 80,94 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

OXŞAR XƏBƏRLƏR