Türkiyədə daha 226 nəfər koronavirusun qurbanı olub

Türkiyədə daha 226 nəfər koronavirusun qurbanı olub
DÜNYA
00:30 19.11.2021
365
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 226 nəfər ölüb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 223 nəfər test edilib, onların 22 234-nün koronavirus testi pozitiv nəticə verib, 29 538 nəfər sağalıb.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 029 798 peyvənd tətbiq edilib ki, bunun 90,49 faizi birinci, 80,18 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
OXŞAR XƏBƏRLƏR