Türkiyədə daha 52 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 52 nəfər koronavirusdan ölüb
DÜNYA
22:15 08.09.2020
623

Türkiyədə bu gün ərzində daha 52 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter” səhifəsində yazıb. 

 

Məlumata görə, son 24 saatda 110 565 nəfər koronavirus testindən keçib, onlardan 1761-nin cavabı pozitiv çıxıb. 1093  xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyə qədər onlardan 253 245 nəfər sağalıb, 6782 nəfər ölüb

OXŞAR XƏBƏRLƏR