Türkiyədə daha bir meşə yanğını

DÜNYA
22:32 13.09.2024
308
Türkiyənin Kahramanmaraş vilayətində meşəlik ərazidə yanğın baş verib.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın Pınarbaşı məhəlləsində axşam saatlarında başlayıb.

Əraziyə Meşə Regional Müdirliyi və Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi tərəfindən qruplar cəlb edilib.

Məlumata görə, yanğın havanın küləkli olması səbəbilə qısa müddətdə genişlənib.
OXŞAR XƏBƏRLƏR