Türkiyədə daha bir oteldə YANĞIN

DÜNYA
15:20 23.01.2025
154
5 mərtəbəli otelin zirzəmisində yerləşən elektrik panosunda yanğın baş verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şişli bölgəsində baş verib.
 
Belə ki, yanğın "Grand Aras" adlı oteldə baş verib. Daxil olan məlumata görə, 5 mərtəbəli otelin zirzəmisində elektrik panelində yanğın baş verib. Otel işçilərinin xəbərdarlığından sonra hadisə yerinə çoxlu yanğınsöndürən, polis və təcili yardım qrupları göndərilib.
 
Yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra söndürülüb. Yanğına səbəb qısaqapanmanın olduğu bildirilib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR