Türkiyədə də qaçqınlar üçün şəhərcik salınır

Türkiyədə də qaçqınlar üçün şəhərcik salınır
Bütün Xəbərlər
00:08 13.02.2012
1442

Kilis vilayətində yerləşən şəhərcikdə 2000 konteyner ev olacaq

Türkiyənin cənubunda, Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində suriyalı qaçqınlar üçün konteyner evlər tikilir. Evlər hazırda qonşu Hatay vilayətində çadır düşərgələrində yaşayan suriyalılar üçün nəzərdə tutulub. İndiyədək Kilisdə 150 konteyner ev tikilib. Onların sayının 2000-ə çatdırılacağı planlaşdırılır.

Qaçqınlar üçün konteyner evlərdən ibarət şəhərcik 315 min kvadrat metr ərazini əhatə edəcək. Şəhərcik üçün infrastruktur işləri də aparılır. Burada evlərlə yanaşı, klinika, 2 məscid, 2 orta məktəb, ali məktəb və idman obyektləri olacaq.

Rəsmi məlumatlara görə, ötən ilin martında Suriyada anti-hökumət nümayişləri başlayandan bəri bu ölkədən Türkiyəyə 15 min 228 nəfər suriyalı gəlib. 5000-dən çox suriyalı qaçqın öz vətəninə qayıdıb, 10 min 227 qaçqın isə Suriya-Türkiyə sərhədində Türk Qızıl Aypara təşkilatı tərəfindən qurulmuş çadır düşərgələrində yaşayır.

OXŞAR XƏBƏRLƏR