Türkiyədə dəhşətli hadisə - Ölənlər və yaralılar var - FOTO

Türkiyədə dəhşətli hadisə - Ölənlər və yaralılar var - FOTO
DÜNYA
23:05 20.08.2022
615
Türkiyənin Mardin vilayətində zəncirvari avtomobil qəzası baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında baş verib.

Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər bir yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.
 

 

 


OXŞAR XƏBƏRLƏR