Türkiyədə dəhşət - Əmi qardaşı oğlunu diri-diri basdırdı

Türkiyədə dəhşət -  Əmi qardaşı oğlunu diri-diri basdırdı
DÜNYA
14:44 08.12.2025
136
Türkiyənin Hatay bölgəsində dəhşətli hadisə baş verib. 

AZXEBER.COM xəbər verir ki, 8 yaşlı uşaq dayısı tərəfindən diri-diri torpağa basdırılıb. 

Belə ki, Muhammed Eldavud tərəfindən 8 yaşlı Amir Alcadduh torpağa basdırılıb. Uşaq aparılan genişmiqyaslı axtarışlar nəticəsində 50 saat sonra xilas edilib. Uşaq daş-torpaqla örtülmüş və kəllə sümüyü qırılmış vəziyyətdə tapılıb.

Xilasetmə zamanı azyaşlı komanda üzvlərinə əmisi tərəfindən döyülərək basdırıldığını bildirib.

Hadisə ilə bağlı saxlanılan Muhammed Eldavud məhkəmə tərəfindən (qəsdən adam öldürməyə cəhd) ittihamı ilə həbs olunub.

Uşağın vəziyyəti ağır olaraq qalır. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR