Türkiyədə dəhşətli cinayət – azyaşlı qız daşla öldürüldü

DÜNYA
13:35 14.01.2025
118
Türkiyənin Bağcılar bölgəsində evə hücum edən şəxs  dəhşətli cinayət törədib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mənzilə hücum edən şəxs evdə olan iki azyaşlıya daşla hücum edib.
 
Nəticədə 12 yaşlı qız başından aldığı zərbələrdən yerindəcə keçinib, 5 yaşlı qardaşı isə ağır yaralanıb.

Hücum edənin kimliyi və hadisəni törətmə səbəbi bilinmir.

Cəmalə

OXŞAR XƏBƏRLƏR