Türkiyədə dəhşətli qətl: Dili və qulaqları kəsildi

SOSİAL
15:08 20.01.2025
182
Türkiyənin Kartepe rayonunda meşədə dili və qulaqları kəsilmiş şəxs aşkarlanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı İsa Turqutun başına balta ilə vurulduğu və bədəninin müxtəlif yerlərində kəsiklər olduğu öyrənilib.
 
35 yaşlı İsa Turqut özəl xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Polis İsa Turqutun tapıldığı meşəlik ərazidə hadisə yeri araşdırması aparıb, şübhəli və ya şübhəlilərin tutulması üçün geniş miqyaslı araşdırma başladılıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR