Türkiyənin Afyonkarahisar şəhərinin Sandıklı rayonunda sərnişin avtobusu ilə yük maşını toqquşub.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, 17 nəfər yaralanıb.
Afyonkarahisar-Antalya magistral yolunun Başağaç kəndi yaxınlığında sərnişin avtobusu sürücüsü hələlik məlum olmayan suvarma boruları ilə yüklənmiş maşınla toqquşub.
İlkin məlumatlara görə, avtomobillərdə olan 17 nəfər xəsarət alıb, onlardan 3-nün vəziyyəti ağırdır.
Hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib.
Yaralılar təcili yardım maşınları ilə Afyonkarahisardakı xəstəxanalara aparılıb.