Türkiyədə deputatları daşıyan avtobus qəzaya uğradı - 26 YARALI

Türkiyədə deputatları daşıyan avtobus qəzaya uğradı - 26 YARALI
DÜNYA
14:40 21.05.2017
5605
Ankaranın Polatlı rayonunda AKP-nin bu gün keçirilən növbədənkənar qurultayına gələn nümayəndələrlə dolu avtobus qəzaya uğrayıb.

Hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi sürücünün nəqliyyat vasitəsinin idarəetməsini itirməsi göstərilir. Nəticədə, avtobus piyada keçidinin yaxınlığında fənər dirəyinə çırpılıb.

Avtobus qurultay nümayəndələrini İzmirdən Ankaraya gətirirmiş.
///virtualaz.org
OXŞAR XƏBƏRLƏR