Türkiyədə dərman fabrikində qorxunc partlayış

Türkiyədə dərman fabrikində qorxunc partlayış
DÜNYA
12:41 03.02.2025
192
Türkiyənin Tekirdağ şəhərində dərman fabrikində kimyəvi maddələrin qarışmasından sonra partlayış baş verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində təcili yardım maşınları fabrikə axın edib.
 
Fabrikin 6 işçiyə tibbi yardım göstərilib, polis hadisə ilə bağlı araşdırma başladıb.

İddiaya görə, istehsal bölməsində kimyəvi maddələrin qarışdırılması zamanı baş verən partlayışdan sonra işçilər çölə axışıb, hadisə yerinə xilasetmə qrupları sövq edilib.
   
Mikayıl
OXŞAR XƏBƏRLƏR