Türkiyənin Düzce şəhərində dörd yaşlı uşaq qaynar yağ qazanına düşüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şirniyyat mağazalarından birinin mətbəxində baş verib.
Belindən aşağı yanıq xəsarəti alan uşaq İzmit Şəhər Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
Qaynar yağ uşağın bədəninin aşağı ətraflarında ciddi yanıqlara səbəb olub. Hadisə yerinə təcili yardım xidmətləri gəlib və ilk tibbi yardım göstərib.
Onun xəsarətləri həyati təhlükə yaratmır və hadisə ilə bağlı araşdırma başlanıb.
Aysel










































