Türkiyənin Düzcə vilayətində polis qüvvələri tərəfindən həyata keçirilən genişmiqyaslı yoxlamalar zamanı 20 minə yaxın şəxs yoxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 23-29 iyun tarixləri arasında keçirilən tədbirlər çərçivəsində axtarışda olan 79 nəfər saxlanılıb.
Onlardan 25-i məhkəmə qərarı ilə həbs edilib.
Yoxlamalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən 8 ədəd tapança, 337 ədəd güllə, 4 ov tüfəngi, 9 daraq, 24 patron və 1 ədəd kəsici-deşici alət ələ keçirilib.
Düzcə təhlükəsizlik qüvvələri bölgədə cinayətlərin qarşısının alınması və axtarışda olan şəxslərin tutulması məqsədilə yoxlamaları fasiləsiz davam etdirir.
Oksana