İstanbulda keçirilən "Huzur İstanbul" əməliyyatı zamanı 806 nəfər saxlanılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 24 iyun tarixində İstanbul Təhlükəsizlik Müdirliyinin təşkilatçılığı ilə keçirilən "Huzur İstanbul" əməliyyatı çərçivəsində ümumilikdə 806 nəfər saxlanılıb.
Əməliyyat iki mərhələdə həyata keçirilib: birinci mərhələdə yol nəzarəti, ikinci mərhələdə isə ictimai obyektlərdə yoxlamalar aparılıb.
Əməliyyat zamanı 326 min 653 nəfər yoxlanılıb, axtarışda olan 387 nəfər daxil olmaqla 806 nəfər saxlanılıb. Yoxlamalarda 28 tapança, 3 tüfəng, narkotik və kimyəvi maddələr, eləcə də pul vəsaitləri müsadirə olunub.
198 ictimai obyekt və 40 mindən çox nəqliyyat vasitəsi yoxlanılıb, 975 min lirədən çox cərimə tətbiq edilib.
Oksana