Türkiyədə qumar, binqo və qeyri-qanuni mərc oyunlarına qarşı əməliyyat keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya mətbuata açıqlamasında deyib.
Nazrin dediklərinə görə, 18 nəfərin saxlanılıb, 124 nəfərin məhkəmə, 163 nəfərin isə inzibati məsuliyyətə cəlb edilib.
O bildirib ki, qanunsuz mərc oynadıqları üçün 59 nəfər barəsində inzibati tədbir görülüb.
"Əməliyyatları həyata keçirən polisimizi, jandarmamızı və sahil mühafizəsini təbrik edirəm. Allah onlara kömək olsun” - deyə nazir əməliyyatı keçirənlərə təşəkkür edib.
Oksana