Türkiyədə əməliyyatlar davam edir: 5 günə 2 min şəxs saxlanılıb

Türkiyədə əməliyyatlar davam edir: 5 günə 2 min şəxs saxlanılıb
DÜNYA
12:08 17.05.2024
156
Türkiyədə 5 gün ərzində 77 bölgədə həyata keçirilən əməliyyatlarda 2 min 089 şübhəli barəsində tədbir görüldüyü açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya məlumat verib.
 
O öz paylaşımında bildirib:

"Son 5 gündə 77 əyalətdə həyata keçirilən "MERCEK-19” əməliyyatları ilə silah qaçaqmalçılarına və sənədsiz silah gəzdirən şəxslərə qarşı irimiqyaslı əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, 1315-i sənədsiz tapança, 154-ü boş tapança, 53-ü uzunlüləli, 355-i sənədsiz ov tüfəngi olmaqla, ümumilikdə 1877 silah-sursat götürülüb. 2089 şübhəli barəsində tədbir görülüb.

Əziz həmvətənlərimin bunu bilməsini istəyirəm: Terror təşkilatlarını, mütəşəkkil cinayət qruplarını, şəhər quldurlarını, beynəlxalq kartellərə çevrilmiş narko tacirləri, immiqrant qaçaqmalçılarını, lisenziyasız silah verənləri bir-bir tutaraq məsuliyyətə cəlb etməyə davam edəcəyik.
 
Dualarınız və dəstəyinizlə cinayətkar qruplarına qarşı mübarizəmiz fasiləsiz olaraq davam edəcəkdir".
 
Oksana
OXŞAR XƏBƏRLƏR