Türkiyədə əməliyyatlar nəticəsində 32 nəfər saxlanıldı

DÜNYA
11:52 20.12.2024
138
Qanunsuz mərc oynadıqları müəyyən edilən 32 şübhəli saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.
 
Kiber Cinayətlərlə Mübarizə qrupları, qanunsuz mərc oynadıqları təsbit edilən 4-ü qadın olan 32 şübhəlini müəyyən edərək, texniki və fiziki təqibə başlayıb.
 
Müəyyən edilib ki, şübhəlilər xaricdə yerləşən bir şirkətdən panel və saytlar alıb, bu saytlarda idman yarışlarına mərc ediblər.
 
Əməliyyat üçün hərəkətə keçən qruplar dekabrın 18-də Adana ilə yanaşı eyni vaxtda Ankara, Antalya və Konyada müəyyən edilmiş ünvanlarda reyd keçirib.
 
Ünvanlarda aparılan axtarış zamanı sənədsiz silahlar ələ keçirilib. Çoxlu sayda cib telefonu və kompüter götürülüb.
 
Şübhəlilər polis bölməsindəki əməliyyatların ardından Ədliyyəyə sövq ediliblər.
 
Oksana

OXŞAR XƏBƏRLƏR