Manisa polis əməkdaşları şübhə əsasında saxladıqları avtomobildən 8 min 740 ədəd sintetik həblər aşkarlayıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Polis və Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları bu gün səhər saatlarında Gebze-Orhangazi-İzmir avtomagistralında yoxlamalar aparıblar. Şübhəli görünən avtomobilin yoxlanışı zamanı minlərlə sintetik həblər ələ keçirilib.
Avtomobilin sürücüsü A.S. polis tərəfindən saxlanılıb. Şübhəli barəsində istintaq davam etdirilir.
Oksana