Türkiyənin Yalova əyalətində təlim zamanı F16 təyyarəsi qəzaya uğrayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə NTV məlumat verib.
Qeyd olunub ki, pilot qəza zamanı katapult edib.
Hazırda əraziyə yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub.
Qəzanın səbəbləri araşdırmadan sonra məlum olacaq.









































