Türkiyədə fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub

Türkiyədə fabrik işçiləri arasında kütləvi zəhərlənmə olub
DÜNYA
10:27 07.12.2025
71
Türkiyənin Kayseri vilayətində kütləvi zəhərlənmə baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yerli fabriklərin birində axşam yeməyi yeyən 30 işçinin vəziyyəti qəfildən psiləşib.

Xəstəxanaya aparılan işçilərə zəhərlənmə diaqnozu qoyulub. Onların yedikləri plovdan zəhərləndiyi ehtimal olunur.

Məlumata görə, işçilərin vəziyyətləri stabildir.

Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR