Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabriki yanıb.
4 mərtəbəli binanın anbarında çıxan yanğında 5 nəfər ölüb. Hadisə yerində xeyli sayda xilasedici və yanğınsöndürən işləyir.
İnsident zamanı fabrikdə 30 nəfərin olduğu bildirilir. Daha 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Səhər saatlarında çıxan yanğın 4,5 saatlıq cəhddən sonra söndürülüb.
qafqazinfo