Türkiyənin Çankırı şəhərində dövlət çevrilişinə cəhd istintaqı çərçivəsində aparılan təhqiqatla əlaqədar 25 polis məhkəmə qarşısına çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, onlardan 22-i həbs olunub. Digərpolis əməkdaşları müvəqqəti azadlığa buraxılıb.
Həbs olunanlararasında şöbə müdirləri və digərvəzifəli polis əməkdaşları var.
Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunaraq həbs olunan polis əməkdaşları Çankırı şəhərinin qapalıcəzaçəkmə müəssisəsinə göndərilib.