Türkiyədə gecə klubunda atışma olub, ölənlər və yaralananlar var

Türkiyədə gecə klubunda atışma olub, ölənlər və yaralananlar var
DÜNYA
22:59 21.06.2018
6515
Türkiyədə gecə klubunda atışma olub.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Bodrum şəhərində, "Medusa" gecə klubunda qeydə alınıb. Hadisə zamanı 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisəni 4 nəfər törədib. Atəş zamanı klubun rəhbəri Mehmet Sürensey və müğənni Hacər Tüllü öldürülüblər. Atışma zamanı yaralananlar da Türkiyə vətəndaşlarıdır. Cinayəti törədənlər hadisə yerindən qaçaraq gizlənsələr də, sonradan Manisadakı yol polisi postunda saxlanılıblar.

Hücumun səbəbləri aydınlaşdırılır.
OXŞAR XƏBƏRLƏR