Türkiyədə güclü zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə Osmaniye vilayətinin Düziçi rayonunda qeydə alınıb. Fövqəladə Halların İdarə olunması Agentliyinin açıqlamasında bildirilib ki, yeraltı təkan 5,1 bal gücündə olub.
Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.