Türkiyədə hər kəs bu qızdan danışır: Oğlana "yox" dediyinə görə öldürüldü - FOTOLAR

Türkiyədə hər kəs bu qızdan danışır: Oğlana "yox" dediyinə görə öldürüldü - FOTOLAR
DÜNYA
15:43 21.07.2020
7359
Türkiyənin Muğla bölgəsində daha bir gənc qız cinayət qurbanı olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 gündür itkin düşən Pınar Gültekinin cansız bədəni tapılıb.
 
27 yaşlı Pınar Gültekinin universitet tələbəsi olduğu bildirilib. Hadisədən sonra gənc qızın keçmiş sevgilisi Cemal Metin Avcı cinayəti etiraf edib.
 
Pınarın keçmiş sevgili olan Cemal onunla yenidən birlikdə olmaq istədiyini, ancaq qızın imtina etməsinə görə onu öldürdüyünü deyib. O qızı evə aparıb, ardınca boğaraq öldürdüyünü bildirib. 
 
Məlumata görə, Cemal evli olub və bir qız övladı var. 
 
Dünyasını dəyişən Pınarın və onu öldürən Cemalın fotolarını təqdim edirik:
 
Mələk Cabbar
 

 

 

 


 


 

 

 


 

 

 



OXŞAR XƏBƏRLƏR