Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşın Hakkaridə qəzaya uğrayıb.
Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub.
"Hakkaridə meydana gələn hərbi maşın qəzasında müqavilə əsasında xidmət edən əsgər Əbubəkr Sel şəhid olub”, - deyə Türkiyə MN-dən bildirilib.