Türkiyədə iki ailə arasında davada 5 nəfər yaralandı

Türkiyədə iki ailə arasında davada 5 nəfər yaralandı
DÜNYA
17:02 11.03.2025
262
İki ailə arasında daş, çubuq və silahla çıxan davada biri ağır olmaqla 5 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Diyarbakır bölgəsində baş verib.
 
Belə ki, iki ailə arasında torpaq mübahisəsi zəminində başlayan mübahisə davaya çevrilib.
 
Xəbərdarlıq üzərinə hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Yaralılardan Şaban G. adlı şəxsin ölüm təhlükəsi ilə üzləşdiyi öyrənilib.

Oksana


OXŞAR XƏBƏRLƏR