Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.
Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.
Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.
Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
///report