Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutuldu
DÜNYA
16:33 03.10.2026
117
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat açıqlayıb.

Məlumata görə, İŞİD terror təşkilatına qarşı 16 vilayətdə əməliyyatlar keçirilib.

Adana, Adıyaman, Balıkəsir, Bursa, Diyarbəkir, Düzce, Ədirnə, Qaziantep, İğdır, Kayseri, Mardin, Mersin, Nevşehir, Sinop, Şanlıurfa və Zonguldakda keçirilən əməliyyatlarda 51 şübhəli saxlanılıb.

Onların İŞİD üzvü olduqları, təşkilata maliyyə dəstəyi göstərdikləri və təşkilatın təbliğatını sosial media hesabları vasitəsilə yaydıqları müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR