Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq

SOSİAL
14:31 27.07.2026
136
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin "Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyədə işləmək istəyənlər üçün yeni vakansiya elan edilib.

AZXEBER.COM xəbər verir ki, Türkiyədəki xüsusi qulluq mərkəzlərində (Bakım Evleri) baxıcı vəzifəsi üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanılıb.

Bu vakansiya üzrə işə qəbul ediləcək şəxslər əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlılara stasionar formada peşəkar qulluq göstərəcəklər. İşçilər xidmət göstərdikləri mərkəzlərdə gecələyəcək və sakinlərin gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər.

Əməkhaqqı Türkiyədə müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyənləşdirilib.

Bundan əlavə, işəgötürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış və qidalanma xərcləri tam qarşılanacaq.

Vakansiya üzrə namizədlərdən əsasən aşağıdakı tələblər gözlənilir:

əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını qarşılamaq;
fərdi qayğı planına uyğun xidmət göstərmək;
xidmət alan şəxslərə zərər vura biləcək münasibət və davranışların qarşısının alınmasına nəzarət etmək;
bu cür hallarla bağlı aidiyyəti məsul şəxsləri məlumatlandırmaq.

Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri vakansiya üzrə müraciət etməyə dəvət edir.

Müraciətlər onlayn qaydada qəbul olunur. Son müraciət tarixi 27 avqust 2026-cı ildir.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin "Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyədə işləmək istəyənlər üçün yeni vakansiya elan edilib.

Belə ki, Türkiyədəki xüsusi qulluq mərkəzlərində (Bakım Evleri) baxıcı vəzifəsi üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanılıb.

Bu vakansiya üzrə işə qəbul ediləcək şəxslər əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlılara stasionar formada peşəkar qulluq göstərəcəklər. İşçilər xidmət göstərdikləri mərkəzlərdə gecələyəcək və sakinlərin gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər.

Əməkhaqqı Türkiyədə müəyyən edilmiş minimum əməkhaqqından az olmamaq şərtilə müəyyənləşdirilib.

Bundan əlavə, işəgötürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış və qidalanma xərcləri tam qarşılanacaq.

Vakansiya üzrə namizədlərdən əsasən aşağıdakı tələblər gözlənilir:

  • əlilliyi olan və yaşlı şəxslərin şəxsi qulluq ehtiyaclarını qarşılamaq;
  • fərdi qayğı planına uyğun xidmət göstərmək;
  • xidmət alan şəxslərə zərər vura biləcək münasibət və davranışların qarşısının alınmasına nəzarət etmək;
  • bu cür hallarla bağlı aidiyyəti məsul şəxsləri məlumatlandırmaq.

OXŞAR XƏBƏRLƏR