Bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Bildirilib ki, İstanbulun Bakırköy Baş Prokurorluğu Ertürkün sosial şəbəkə hesabında paylaşdığı videodakı ifadələr əsasında istintaqa başlayıb. Ertürk "xalq arasında qorxu və təşviş yaratmaq məqsədilə təhdid" və "cinayət törətməyə təhrik etmə" ittihamları ilə saxlanılıb.
Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra Ertürk məhkəməyə gətirilib.











































