Kişi boşandığı qadını məktəb bağçasında öldürdükdən sonra özünü öldürüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Kayseri bölgəsində baş verib.
Burhan Sönmez adlı şəxs keçmiş həyat yoldaşı B.K. adlı qadını tüfənglə güllələyib.
Ətrafdakı insanlar vəziyyəti xəbər verdikdən sonra hadisə yerinə çoxlu sayda polis və tibbi qruplar göndərilib.
Hadisə yerinə baxış keçirilikdikdən sonra hər iki şəxsin öldüyü müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oksana