xari

Türkiyədə koronavirus peyvəndi pulsuz olacaq

DÜNYA
15:06 23.11.2020
332

Türkiyədə səlahiyyətlilər ölkə vətəndaşlarını koronavirus infeksiyasına qarşı pulsuz peyvəndləməyi planlaşdırırlar.

"Hürriyet” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca açıqlama verib.

Nazirin sözlərinə görə, çinli peyvənd istehsalçısı "Sinovac” ilə danışıqlar artıq başa çatıb, bütün qanuni komponentlər tamamlanıb və müqavilə imzalanıb.

F.Qocanın sözlərinə görə, peyvəndləməyə başlamaq üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib.

O, qeyd edib ki, Türkiyə vətəndaşlarına peyvənd tamamilə pulsuz tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR