Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı
DÜNYA
01:48 05.08.2026
225
Enerji sisteminin istehsal və ötürücü şəbəkələrində yaranmış qəza vəziyyəti Ermənistanın beş vilayətinin bir sıra şəhərlərində və ətraf kəndlərində elektrik enerjisinin verilişinin tamamilə kəsilməsinə səbəb olub.

Bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkəti "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

Mətbuat xidmətindən bildirilib ki, dispetçer məhdudiyyətləri Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində tətbiq edilib.

Hazırda respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və sistem operatorunun mütəxəssisləri elektrik enerjisinin verilişini qısa müddətdə bərpa etmək üçün təcili qəza-bərpa işləri həyata keçirirlər.
OXŞAR XƏBƏRLƏR