Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfəri ötdü

Türkiyədə koronavirus qurbanlarının sayı 4 700 nəfəri ötdü
DÜNYA
22:03 08.06.2020
1025
Bu gün Türkiyədə koronavirusdan 19 nəfər ölüb.

AZXEBER.COM xəbər veriir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 4 711 nəfərə çatıb.

Son sutkada ölkədə COVID-19-a 989 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin ümumi sayı 171 121 nəfər təşkil edir.

Gün ərzində 3 411 nəfər təhlükəli virusdan sağalıb. Bununla da xəstəlikdən sağalanların ümumi sayı 141 380 nəfərə yüksəlib.
OXŞAR XƏBƏRLƏR