Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçdi

Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçdi
DÜNYA
21:20 23.04.2020
1630
Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 2 491 nəfərə çatıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, bu gün ölkədə daha 115 nəfər pandemiyanın qurbanı olub və ölənlərin ümumi sayı 2 491-ə çatıb.

Nazirin sözlərinə görə, bu gün 40 962 test keçirilib və koronavirusa yoluxma faktı 3 116 nəfər artaraq 101 790 olub. Bu gün 2 014, ümumilikdə isə 18 491 xəstə koronavirusa qalib gəlib.
OXŞAR XƏBƏRLƏR