Türkiyədə koronavirusdan 229 nəfər vəfat edib

Türkiyədə koronavirusdan 229 nəfər vəfat edib
DÜNYA
03:45 29.10.2021
312
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 229 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 354 580 nəfər test edilib, onların 25 528-ni pozitiv nəticə verib. 27 651 nəfər müalicə olunaraq sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 023 796 peyvənd tətbiq edilib ki, bunun 89,15 faizi birinci, 78,15 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
OXŞAR XƏBƏRLƏR