Türkiyədə liseyə silahlı hücum - Ölən və yaralananlar var

Türkiyədə liseyə silahlı hücum - Ölən və yaralananlar var
DÜNYA
10:39 22.09.2026
115
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb.

Bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

10:07

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.

Bu barədə NTV məlumat yayıb.

İlkin məlumata görə, hələ ki kimliyi məlum olmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.

Hücum nəticəsində 5 nəfərin yaralandığı bildirilir.

Əraziyə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb olunub.

09:41

Türkiyədə məktəbə silahlı hücum olub.

Bu barədə NTV məlumat yayıb.

Hadisə ölkənin Manisa vilayətinin Turqutlu rayonunda baş verib.

Qeyd olunub ki, hadisə nəticəsində yaralananlar var.
OXŞAR XƏBƏRLƏR