Türkiyədə ölüm cəzası bərpa oluna bilər

Türkiyədə ölüm cəzası bərpa oluna bilər
DÜNYA
23:09 16.07.2016
1466

Türkiyə Baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfransında “ölkədə edam cəzasının bərpa olunması mümkündürmü?” sualına cavab verib.

Baş nazir bu və digər məsələlərlə bağlı müzakirələrin getdiyini vurğulayıb:

“Çevrilişə cəhdlə bağlı əməliyyatlar tamamlanmayıb. Hər halda edilən cinayətin cəzası hüquq sistemində yetərincə açıq və dəqiq göstərilib. Bildiyimiz kimi, edam cəzası Türkiyə qanunvericiliyindən çıxarılıb. Bu gün Türkiyə Böyük Millət Məclisi ölkənin belə çaşqınlıqlarla üz-üzə qalmaması üçün bütün işləri görəcək. Ölüm cəzasının bərpa olunması məsələsinə də baxıla bilər. Digər partiya rəhbərləri ilə danışıqlar aparılacaq”. (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR