Türkiyədə maraqlı olay: atlar evləndirildi - VİDEO

MARAQLI
12:20 18.01.2023
404
Türkiyədə maraqlı hadisə baş verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kocaeli bölgəsində iki at evləndirilib.

Atçılıq məkanında keçirilən toy görənləri təəccübləndirib. Klubun dişi atlarından "Rapunzel” ilə, erkək atlarından isə "Miltəkin” üçün öncə xına gecəsi keçirilib. 

Daha sonra iki at öz həyatlarını nağara və zurna toyu ilə birləşdiriblər. Toyda "Rapunzel” duvaq, "Miltekin” isə lentdən hazırlanmış papyon taxıb. Hər iki at gətirilən zaman nağara çalınıb, iştirakçılar atlarla halay rəqsi ediblər. 

Gəlinin çadrası açıldıqdan sonra zinət mərasimi başlayıb. Atlar üçün ən xoş hədiyyə bir taya saman olub. 

Toydan görüntüləri təqdim edirik:
 
Aydın



OXŞAR XƏBƏRLƏR