Türkiyədə mədən çöküb.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Taşkömürü Qurumunun Karadon Müəssisə Müdirliyinə məxsus mədəndə baş verən hadisədə bir nəfər ölüb.
Məlumata görə, 38 yaşlı mədən işçisi Erdal Karaçam yerin 460 metr dərinliyində dirəyin arasında qalaraq ölüb.
Məlumata görə mərhum 14 illik mədən işçisi olub, həmçinin 2 uşaq atasıdır.